11.04.2020 [13:00] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranlı deputatlar mayın sonuna qədər parlament binasında karantinə alınmaları ilə bağlı irəli sürülən təklifə qarşı çıxıblar.
Bu barədə, İran parlamentinin rəyasət heyətinin üzvü Bəhruz Neməti bu gün “Tasnim” agentliyinə açıqlamasında məlumat yayıb.
O bildirib ki, ötən həftə bir sıra deputatlar koronavirusun yayılmasının qarşısını almaq üçün deputatların may ayının sonuna qədər parlament binasının içində karantinə alınmaları ilə bağlı təklif irəli sürüblər: “Lakin bu təklif parlamentin rəyasət heyətinin iclaslarından birində müzakirəyə çıxarılsa da, deputatların əksəriyyəti ona qarşı çıxaraq təklifi rədd etdilər” -deyə, İran parlamentinin rəyasət heyətinin üzvü Bəhruz Neməti bəyan edib.
İran parlamentinin rəyasət heyətinin qərarı ilə parlament iclasları davamlı olaraq, mayın sonlarına qədər davam edəcək və ardınca yeni parlament (11-ci parlament) iyunun əvvəllərindən fəaliyyətə başlayacaq.

Bu xəbər oxucular tərəfindən 551 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |