Şrift:
İranın 16 əyalətində yağan qar və leysan yağışları daşqınlara səbəb olub
11.04.2020 [13:01] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Son 1 gün ərzində İranın 16 əyalətində daşqınlar baş verib.



Bu barədə məlumat yayan İranın Qızıl Aypara Cəmiyyətinin Xilasetmə Təşkilatının sədri Murtuza Səlimi sel fəlakəti yaşanan əyalətlərin İsfahan, Əlbürz, Tehran, Cənubi və Şimali Xorasan, Semnan, Fars, Qum, Qəzvin, Kirman, Kirmanşah, Gülüstan, Gilan, Loristan və Yəzd olduğunu deyib.



Onun sözlərinə görə bu müddət ərzində 29 şəhər və 1 dağ yolunda 1052 nəfər sel sularından xilas edilib.



Qeyd etmək lazımdır ki, son günlər ərzində İranın müxtəlif bölgələrində yağan güclü qar və yağış mövsümi daşqınlara səbəb olub.



İranın Hidrometeoroloji Proqnozlar Bürosu isə gələcək günlərdə də yağıntıların davam edəcəyi barədə məlumat yayaraq, insanları lazım olan bütün təhlükəsizlik tədbirlərinə riayət etməyə çağırıb.
Bu xəbər oxucular tərəfindən 505 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed