11.04.2020 [13:02] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran Müstəzəflər (maliyyə baxımından zəif təbəqə) Fondunun rəisi kulbər (Azərbaycan şəhərlərində çiynində qaçaqmal daşıyan qaçaqmalıçı kürdlərə “şələkəş”, fars dilində isə “kulbər” deyilir) adlandırdığı kürd qaçaqmalçılara bir milyon tümən dəyəri olan kart hədiyyə ediləcəyini bildirib.
Pərviz Fəttah bu barədə Twitter səhifəsində məlumat paylaşıb.
“Gələn həftə koronavirus böhranı ilə əlaqədar ağır vəziyyətdə olan əziz və zəhmətkeş kulbərlərə bir milyon tümən dəyəri olan kart hədiyyə ediləcək. Müstəzəflər Fondu tərəfindən təmin olunacaq hədiyyələr Qərbi Azərbaycan, Kürdistan və Kirmanşah valilərinin yardımı ilə onlara çatdırılacaq.”- deyə o bildirib.
İran rejimi o halda kürd qaçaqmalçılara maliyyə yardımı göstərir ki, Azərbaycan şəhərlərində minlərlə fəhlə işsiz qalıb, onlar ailələrinin gündəlik zəruri ehtiyaclarını təmin edə bilmir. Bu günədək onlara dövlət tərəfindən heç bir yardım edilməyib.
İranda qanunsuz ticarət və qaçaqmalçılıq işləri ilə əsasən sərhədyanı bölgələrdə yaşayan kürdlər məşğul olur. Onların bir çoxu yalançı təbliğata aldanaraq qaçaqmalçılıq yolu ilə əldə etdikləri sərvəti PKK və digər kürd terror qruplaşmalarının ideyaları uğrunda xərcləyir, bölgədə bir çox ictimai, siyasi və iqtisadi problemlərə yol açırlar. Məsələn, Qərbi Azərbaycanda bölgənin kürdləşdirilməsi planından xəbərsiz olan bəzi soydaşlarımız şəxsi daşınmaz əmlakını həmin qaçaqmalçılara satır, nəticədə Azərbaycanın şəhər və kəndlərinin demoqrafik tərkibi dəyişir. Bütün bunlara şahid olan İran rejimi müxtəlif vasitələrdən istifadə edərək Qərbi Azərbaycanda kürd amilini gücləndirməkdədir.

Bu xəbər oxucular tərəfindən 551 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |