11.04.2020 [14:54] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Qum şəhərində 19 azyaşlı uşaq koronavirus infeksiyasına yoluxub.
Bu barədə, Qum Tibb Elmləri Universitetinin rektoru Məhəmmədrza Qədir aprelin 10-da jurnalistlərə açıqlamasında məlumat yayıb.
Rektor bildirib ki, yalnız yaşlı insanların koronavirusa yoluxması ilə bağlı əhali arasında gəzən fikirlər düzgün deyil və uşaqlar da həmin virusun daşıyıcısı ola bilərlər: “Hazırda tənəffüs yollarında yaranmış problemə görə, eləcə də “Covid-19” virusunun daşıyıcısı olmaqda şübhəli bilinən 300 xəstə Qum xəstəxanalarında həkimlərin nəzarəti altında müalicə alırlar. Təəssüflər olsun ki, həmin xəstələrin 19-u azyaşlı uşaqlardır.
Hamı, o cümlədən də valideynlər bilməlidirlər ki, azyaşlı uşaqlar da koronavirusa yoluxurlar. Virusa yoluxan uşaqların əksəriyyətində xəstəliyin ilk simptomları görünməsə də, onlar həmin virusu daşıyaraq, başqalarını da yoluxdururlar.
Məhz buna görə də, hesab edirəm ki, valideynlər ev şəraitindəki karantin şərtlərinə tam riayət etməli, uşaqları nəzarətdə saxlamalı və gigiyena qaydalarına əməl etməlidirlər” -deyə, Qum Tibb Elmləri Universitetinin rektoru Məhəmmədrza Qədir mediaya açıqlamasında bəyan edib.

Bu xəbər oxucular tərəfindən 551 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |