12.04.2020 [20:15] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda son bir gün ərzində daha 117 nəfər koronavirusdan ölüb,1657 yeni “Covid-19” infeksiyasına yoluxma faktı qeydə alınıb.
Bu barədə, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur aprelin 12-də mediaya açıqlamasında koronavirus pandemiyası qurbanlarının yeni statistikasını yayarkən məlumat yayıb.
Cahanpur deyib ki, son bir sutka ərzində daha 117 ölüm halının qeydə alınması ilə İranda koronavirusdan ölənlərin ümumi sayı 4474 nəfərə çatıb: “Həmçinin infeksiyaya yoluxanların da sayı artaraq, 71 min 686 nəfərə yüksəlib.
Xoşbəxtlikdən “Covid-19” xəstəliyindən sağalıb evə buraxılanların sayı da artaraq, 43894 nəfərə çatıb.
Təəssüflər olsun ki, hazırda koronavirusa yoluxanlardan 3930 nəfərinin durumu ağırdır və həmin xəstələr reanimasiya şöbələrində saxlanılırlar” -deyə, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur vurğulayıb.

Bu xəbər oxucular tərəfindən 417 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |