Şrift:
Naxçıvanda bu günədək 71 nəfərdə koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb
13.04.2020 [12:08] - Xəbərlər, Sağlıq
Ölkəmizdə tətbiq olunan karantin rejiminə uyğun olaraq Naxçıvan Muxtar Respublikasında 1915 nəfər nəzarətdə saxlanılır. Onlardan 229-u ölkəmizin digər bölgələrindən olan və muxtar respublikaya gələn şəxslərdir.

Bu barədə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin məlumatında qeyd olunub.

Məlumatda bildirilib ki, bu günə qədər 880 şübhəli şəxsdə test yoxlamaları aparılıb. Təkrar test yoxlamalarının nəticələrinə əsasən 71 nəfərdə koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. 1 nəfər sağalaraq evə buraxılıb, 1 nəfər isə vəfat edib.

Virus aşkarlanan digər 69 nəfərin müalicələri davam etdirilir. Ağırlaşma halları yoxdur.
Bu xəbər oxucular tərəfindən 347 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed