13.04.2020 [12:40] - Gündəm, Mədəniyyət
Sizə verdiyim bu güvəncəmə, yanan ürəyinizə su səpən mesajlarıma inanmağınızı istəyirəm. Əmin olun, ürəyinizi buz kimi saxlayın, bilin ki, insanlığın ortaq gizli düşməni olan virusu məğlub etmək mümkündür. İndi sırası ilə sizə virusu öldürməyin yollarını bir-bir göstərəcək, tezisilərimin dəlillərini ortaya qoyacaq və sizləri inandırmağa çalışacağam.
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Siracəddin Hacının koronavirusla bağlı hazırladığı dördüncü yazını təqdim edir.
Əvvəlcə ümumi və doğru olan ölçünü qoyuram: hər xəstəlik ziddi ilə sağalar. Məsələn, şirk bir xəstəlikdir, dərmanı tövhid inancıdır (uca Allahdan başqa ilah yoxdur), küfür bir xəstəlikdir, ziddi imandır, cəhalət bir xəstəlikdir, dərmanı elmdir, qaranlıq bir xəstəlikdir, dərmanı işıqdır, yalan bir xəstəlikdir, dərmanı doğrudur, şər bir xəstəlikdir, dərmanı xeyirdir, qorxaqlıq (qorxu deyil, qorxu həm də nemətdir) bir xəstəlikdir, dərmanı cəsarətdir...
Hər xəstəlik ziddi ilə sağalar ölçüsünün işığında virusun zəif və güclü tərəflərini tanıyaq (tanımaq zəfərin ana şərtidir):
- gizli düşmənimiz olan virus acizdir. Siz deyə bilərsiniz ki, bu, necə ola bilər? Bütün dünyanı dizə gətirən bir virusa siz hansı haqla aciz deyirsiniz, bizi ələ salırsınız? Bəli, bəli. Doğru oxudunuz, virus acizdir. Düşünün: virusun ayağı yoxdur – yeriyə bilmir, əli yoxdur – tutmaq imkanından məhrumdur, dili yoxdur – danışa bilmir, ağlı yoxdur – düşünmək onun işi deyil, öz yükünü belə daşıya bilmir, daşınmaq (bulaşmaq) üçün daşıyıcıya ehtiyacı var, daşıyan yoxdursa, virus da yoxdur. Bu halda, ayağı, əli, dili, ağlı olan insan bunlardan məhrum virus qarşısında necə aciz ola bilər? Sadəcə, daşıyıcı olmasaq, yetər.
İndi bizə yol göstərən ana ölçümüzü bir də oxuyaq: hər xəstəlik ziddi ilə sağalar. Bu ölçünü virusa tətbiq edək. Siz də onun aciz olduğuna inandınız, elə deyilmi? Bəs acizliyin ziddi nədir? Güclü olmaqdır, güc deyəndə biləyin gücünü nəzərdə tutmuram. Bu arada, xəbəriniz olsun ki, “fiziki gücü olan güclüdür” tezisi çökmüşdür, Koroğlu ölmüşdür, o, “bilək gücü olan güclüdür” dövrünün qəhrəmanı idi, başımız sağ olsun. İnanmırsınızsa, o halda, lütfən, deyin: Misri qılıncın, Qıratın, Düratın, dəli nərənin, yeddi qazan plov yeməyin, şeşə bığların virusu öldürməyə gücü çatarmı? Koroğlu kimi olacağıq deyərək israr etsək, yəni gücü bilək gücü olaraq anlasaq, mikroskopun altında otuz min dəfə böyüdüləndə görülən virusa məğlub olacağıq.
Acizliyin ziddi gücdür dedik. Güc deyərkən elmi nəzərdə tuturam. Nəticə: aciz olan virusu elmi olan insan məğlub edər (burada elm deyərkən professor olmağı nəzərdə tutmuram, virusu tanımağı nəzərdə tuturam). Elm gücdür, təhlükəsizliyin ən etibarlı təminatıdır, düşməni ancaq elmlə qorxuda, öldürə bilərsən.
Düşmənimiz (düşməni olanın gücü, dəyəri var, düşməniniz yoxdursa, bu, sizin anlamınızın, dəyərinizin, xeyirli işlərinizin olmadığını göstərir. Baxın, şeytan dağların, daşların, quşların, çiçəklərin, böcəklərin düşməni deyil, insanın düşmənidir, çünki insan şeytandan güclüdür. Məndən soruşurlar ki, uca Allah şeytanı niyə yaratdı? Cavab verirəm ki, uca Allah insana mesaj verir: sən çox dəyərlisən, ey insan, bu dünyada imtahandasan, şeytanla savaşsan, böyüyəcək və imtahanı qazanacaqsan. Unutma, zora – çətinə talib olmayan böyüməz, şaftalı Günəş şüaları altında yanmasa, yetişməz, dada gəlməz. Şeytan bəşəri insan edir...) mötərizənin əvvəlinə qayıdıram, sözümü unutmadım, deyirəm ki, gizli düşmənimiz olan virusu (o, anlayana nemətdir) məğlub etməyin o biri yollarını da öyrənmək istəyirsinizsə, bir az səbir edin, yazının ardını gözləyin...

Bu xəbər oxucular tərəfindən 425 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |