Şrift:
Senator: "Çin cəzalandırılmalıdır"
13.04.2020 [12:46] - Xəbərlər, Sağlıq
“Pandemiyaya səbəb Çin hakimiyyəti və onun məsuliyyətsiz davranışıdır”.



“RİA Novosti” xəbər verir ki, bunu Amerika Birləşmiş Ştatlarının (ABŞ) senatoru Lindsi Qrem “Fox News”ə müsahibəsində bildirib.



Onun sözlərinə görə, bu, Çindən yayılan 3-cü xəstəlikdir: “ABŞ Çini davranışını dəyişməyə məcbur etməlidir. Koronavirusa görə amerikalıların ölümünə, işsizliyə görə Çin məsuliyyət daşıyır. Borclarımın bir hissəsini Çinin hesabına yazılmasını istəyirəm. Onlar bizə ödəməlidir, biz onlara deyil”.



Senator hesab edir ki, gələcəkdə belə hadislərin baş verməməsi üçün Çini elə sərt cəzalandırmaq lazımdır.



Qeyd edək ki, Con Hopkins Universiteti ABŞ-da koronavirusa 500 mində çox insanın yoluxduğu, 18 mindən çox insanın isə bu virusdan öldüyü barədə məlumat yayıb.
Bu xəbər oxucular tərəfindən 385 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed