Şrift:
Şərqi Azərbaycanda koronavirus qurbanlarının sayı 248 nəfərə çatıb
13.04.2020 [12:48] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Şərqi Azərbaycan əyalətində koronavirus infeksiyasından ölənlərin sayı 248 nəfərə çatıb.



Təbriz Tibb Universitetinin rəisi Məhəmməd Hüseyn Somi son 24 saatda daha yeddi nəfərin infeksiyadan öldüyünü bildirib.



Onun sözlərinə görə, əyalətdə koronavirusa yoluxanların sayı 2591 nəfərə çatıb.



Somi həmçinin əlavə edib ki, bu əyalətdə keçən 24 saat ərzində daha 80 nəfərdə koronavirus infeksiyası aşkarlanıb.



Güney Azərbaycan bölgələri arasında ən yüksək yoluxma və itki faktı Şərqi Azərbaycan əyalətində qeydə alınıb.



Sominin dediyinə görə, pandemiyanın yayıldığı gündən etibarən 6071 nəfər koronavirus şübhəsi ilə xəstəxanalara yerləşdirilib, bunlardan 4805 nəfəri ümumi vəziyyətinin yaxşı olduğu üçün evlərinə buraxılıb.



Tibb Universitetinin rəisi şərqi Azərbaycan şəhərləri arasında əhali sayına görə ən yüksək yoluxma faktının Əhərdə qeydə alındığını bildirib.



İranda koronavirusa yoluxma faktı ilk dəfə Qum şəhərində qeydə alındıqdan sonra hökumət şəhəri karantinə almağa qarşı çıxaraq virusun bütün ölkəyə, o cümlədən Güney Azərbaycana yayılmasına, yüzlərcə insanın qurban olmasına yol verdi.
Bu xəbər oxucular tərəfindən 286 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed