Şrift:
Təbrizin bələdiyyə başçısı koronavirusa yoluxub
13.04.2020 [12:48] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Təbriz şəhərinin bələdiyyə başçısı İrəc Şəhin Baher koronavirusa yoluxub.



Təbriz Tibb Universitetinin mətbuat xidmətinin açıqlamasına əsasən, Şəhin Baherdən götürülmüş test analizlərinin nəticəsi müsbət çıxıb.

“Covid-19” infeksiyasına yoluxmuş bələdiyyə başçısı hazırda həkimlərin nəzarəti altında şəxsi mənzilində karantin şəraitində olduğunu bildirib.



Xatırladaq ki, Şərqi Azərbaycan Əyalətində yerli məsullar arasında koronavirusa yoluxma faktı dəfələrlə qeydə alınıb. Ötən günlərdə Təbriz Bələdiyyə İdarəsinin Güvənlik və Yanğınsöndürmə Xidmətinin icraçı direktoru Məhəmməd Quluzadə və iki təbrizli həkim, o cümlədən Tufarqan (Azərşəhr) şəhərinin Mədəni xəstəxanasının rəisi Mir Abbas Haşimi koronavirusdan vəfat edib.



Təbriz Tibb Universitetinin məlumatına görə, Şərqi Azərbaycan Əyalətində bu günədək 2591 nəfər koronavirusa yoluxub, onlardan 248-i həyatını itirib.
Bu xəbər oxucular tərəfindən 361 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed