13.04.2020 [12:49] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Əhər şəhərində əhalinin yarısı koronavirus infeksiyasına yoluxa bilər.
Bu sözləri Əhər Sağlamlıq Şəbəkəsinin direktoru Məhəmməd Mirzapur deyib.
O bildirib ki, Əhərdə vəziyyət fövqəladə hal alıb və lazımi tədbirlər görülməsə may ayının sonuna qədər pandemiya şəhər əhalisinin yarısını öz cənginə alacaq.
“Hazırda koronavirus şübhəsi ilə xəstəxanalara yerləşdirilənlərin sayı 75 nəfərə çatıb. Bunlardan 36-nın qəti olaraq infeksiyaya yoluxduğu təsdiqlənib, 39-u isə ağciyərin KT müayinəsi əsasında şübhəli əlamətlər daşıyan xəstələrdir,” Mirzapur deyib.
Onun sözlərinə görə, keçən gün ərzində daha 9 nəfərin infeksiyaya yoluxduğu təsdiqlənib, 3 nəfər isə koronavirus şübhəsi ilə (KT müayinəsində xəstəlik əlamətləri görünüb) xəstəxanalara yerləşdirilib.
Mirzapur vurğulayıb ki, şəhərdə aparılan müayinələrin əsasında artıq Əhərin heç bir nöqtəsi təhlükəsiz deyil və infeksiya bütün şəhərə yayılıb.
Əhər xəstəxanalarındakı çarpayıların əksəriyyəti koronavirus xəstələrinə ayrılıb deyən məsul, növbəti günlərdə xəstəxanalarda çarpayı çatışmazlığı yaşanacağı ilə bağlı xəbərdarlıq edib.
Bu bir haldadır ki, İran Prezidenti Həsən Ruhani daha öncə ölkə xəstəxanalarında tibbi avadanlıq və çarpayı çatışmazlığının mövcud olmadığını iddia etmişdir.
Təbriz Tibb Universitetinin məlumatına görə, Şərqi Azərbaycan şəhərləri arasında əhali sayına görə ən yüksək koronavirusa yoluxma faktı Əhər səhərində qeydə alınıb.
Şərqi Azərbaycan Əyalətində bu günədək 2591 nəfərin koronavirusa yoluxduğu, onlardan 248-nin həyatını itirdiyi təsdiqlənib.

Bu xəbər oxucular tərəfindən 341 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |