Şrift:
Şayiələrə son qoyuldu – Sakit İlhami “Traxtur”u daha bir mövsüm çalışdıracaq
13.04.2020 [13:16] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın “Traxtur” futbol klubu baş məşçqçisi Sakit İlhaminin komandadan uzaqlaşdırılması ilə bağlı yayılan bütün şayiələrə son qoyub.



Klubun mətbuat mərkəzi tərəfindən yayılan məlumata görə, artıq baş məşqçi Sakit İlhami ilə bağlanan müqavilənin müddəti uzadılıb.



Yeni müqaviləyə əsasən baş məşqçi gələn mövsümdə də Azərbaycan komanmdasını çalışdıracaq.



Klub baş məşqçinin ötən yarışlarda komandaya gətirdiyi böyük uğurlar səbəbindən onunla müqavilənin müddətini uzadıb.



Qeyd edək ki, Sakit İlhami 19-cu super liqa yarışlarının birinci yarısının son həftələrində “Traxtur” komandasında baş məşqçi kimi fəaliyyətə başlayıb. O qısa müddətdə komandasına çoxlu xal qazandırıb. “Traxtur” klubu hal-hazırda İran kuboku və super liqa yarışlarında çempion olmağa ən iddialı komandalardan biridir.
Bu xəbər oxucular tərəfindən 326 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed