13.04.2020 [13:18] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Tehran Şəhər İcra Hakimiyyətinin Taksi Sürücülərinin Fəaliyyətinə Nəzarət Təşkilatının icraçı direktoru Əlirza Qənnadan aprelin 13-də mediaya açıqlamasında paytaxtda 302 taksi sürücüsünün koronavirusa yoluxmasından xəbər verib.
Öz açıqlamasında paytaxt taksilərində məsafə saxlamaq planının artıq icrasına başlandığını bildirən Əlirza Qənnadan deyib ki, taksi sürücüləri koronavirusun yayılmasının qarşısını almaq üçün sərnişin nəqliyyat vasitəsinin arxa oturacaqlarında 3 sərnişin yox, 2 nəfəri mindirməlidirlər: “Tehranda koronavirusa yoluxan taksi sürücülərinin sayı 302 nəfərə çatıb. Təəssüflər olsun ki, “Covid-19” infeksiyasına yoluxan həmin taksi sürücülərindən 13-ü artıq öz həyatını itiriblər.
Hazırda həmin 302 taksi sürücüsündən 53-ü sağalaraq evə buraxılıb, 198-i ev şəraitindəki karantində, 38-i isə xəstəxanalarda müalicə alır, 13-ü də dediyim kimi koronavirusdan keçinib” -deyə, Tehran Şəhər İcra Hakimiyyətinin Taksi Sürücülərinin Fəaliyyətinə Nəzarət Təşkilatının icraçı direktoru Əlirza Qənnadan əlavə edib.
Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur aprelin 12-də jurnalistlərə açıqlamasında ölkədə koronavirus qurbanlarının yeni statistikasını yayıb.
Son bir sutka ərzində daha 117 nəfərin koronavirus pandemiyasından öldüyünü bildirən Cahanbur, bununla da İranda “Covid-191 xəstəliyindən ölənlərin sayının 4474 nəfərə, yoluxanların sayının isə 71686 nəfərə yüksəldiyini bəyan edib.

Bu xəbər oxucular tərəfindən 372 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |