13.04.2020 [13:19] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın "İslam Respublikası" qəzetinin müdiri Məsih Mühaciri "İmam Xomeyninin Fərmanlarının İcrası Qərargahı", "Müstəzəfan Fondu" və "Qüdse-Rəzəvi" adlı dini qurum kimi pullu təşkilatlar və fondların bu günə qədər koronavirusla bağlı xalqa elə də böyük kömək etmədiyini deyib.
O, dünən həçmin qəzetdə dərc edilən manşet xəbərində həmin qurumları kəskin təqdin edərək, koronavirusdan zərər çəkmiş İran iqtisadiyyatına yardım etməyə çağırıb.
"Bu qurumların hər birinin bütün əmlak və pulu xalqa məxsus olduğundan, onlar bu günki kimi çətin vəziyyətlərdə həmin maddi vəsaitlərlə xalqın problemlərini həll etməlidirlər.Lakin indiyə qədər, məsələn, bellərində yük daşıyaraq həyatlarını sürdürən və ya kasıb bölgələrdə yaşayanlara sözügedən mərkəzlərin sahib olduqları sərvətin qarşılığında etdikləri yardım çox cüzidir və heç yardım kimi sayıla bilməz", - Məsih Mühaciri əlavə edib.
39 ildir İslam Respublikası" qəzetinin müdiri vəzifəsini tutan Məsih Mühaciri həmçinin bildirib ki, sadaladığı qurumların rəhbərlərinin çıxışları ya onların xalqın vəziyyətindən xəbərdar olmadıqlarını, ya da əllərində olan puldan 1 qəpik də xalqa xərcləmək istəmədiklərini göstərir.
Qeyd etmək lazımdır ki, "dini lider" Əli Xamneyiyə məxsus çoxlu sayda fond və qurum ölkə iqtisadiyyatının böyük hissəsinə nəzarət edir və vergi ödəmir.
Təkcə "İmam Xomeyninin Fərmanlarının İcrası Qərargahı"nın 95 milyarddan çox büdcəsi var.

Bu xəbər oxucular tərəfindən 352 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |