Şrift:
Tehranın “Behişti-Zəhra” qəbiristanlığında koronavirusdan ölənlər üçün 10 min yeni qəbir hazırlanıb
13.04.2020 [13:53] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
“Tehranın “Behişti-Zəhra” qəbiristanlığında koronavirusdan ölənlər üçün 10 min yeni qəbir hazırlanıb”.



Bu barədə, Tehran şəhər icra hakiminin şəhər xidmətləri üzrə sədr müavini Muctaba Yəzdani aprelin 12-də Tehran Şəhər Şurasının iclasında etdiyi çıxışında məlumat yayıb.



Öz çıxışında bu günə qədər koronavirusdan ölənlərdən neçəsinin Tehran qəbiristanlığında dəfn olunduğunu açıqlamayan Muctaba Yəzdani deyib ki, “Covid-19” virusundan ölənlərə, eləcə də yaxın gələcəkdə bu xəstəlikdən həyatını itirənlər üçün daha 10 min yeni qəbir hazırlanıb: “Tehranın “Behişti-Zəhra” qəbiristanlığında koronavirusdan ölənlər üçün ayrıca bir torpaq sahəsi ayrılıb və onlar üçün həmin ərazidə 10 min yeni qəbir qazılıb.



Bundan başqa, “Behişti-Zəhra” qəbiristanlığının morqlarının sayı da artırılıb və qəbiristanlıq, soyuducusu olan iki ədəd 12 metrli konteynerlə təchiz edilib” -deyə, Tehran şəhər icra hakiminin şəhər xidmətləri üzrə sədr müavini Muctaba Yəzdani bəyan edib.


Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur aprelin 12-də jurnalistlərə açıqlamasında ölkədə koronavirus qurbanlarının yeni statistikasını yayıb.



Son bir sutka ərzində daha 117 nəfərin koronavirus pandemiyasından öldüyünü bildirən Cahanbur, bununla da İranda “Covid-191 xəstəliyindən ölənlərin sayının 4474 nəfərə, yoluxanların sayının isə 71686 nəfərə yüksəldiyini bəyan edib.



İrandakı tibb mərkəzləri isə “Covid-19” pandemiyasından ölənlərin və infeksiyaya yoluxanların sayının ən azı 5 dəfə çox olduğunu bildirirlər.
Bu xəbər oxucular tərəfindən 388 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed