Şrift:
İranda daha 111 nəfər koronavirusdan həyatını itirib. Ölənlərin sayı 4585 nəfərə yüksəlib
13.04.2020 [14:25] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda son bir sutka ərzində daha 111 nəfər koronavirus infeksiyasından ölüb.



Bu barədə, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bu gün mediaya açıqlamasında koronavirus pandemiyası qurbanlarının yeni statistikasını yayarkən bildirib.



Sözçü deyib ki, son bir gün ərzində İranda daha 1617 yeni koronavirusa yoluxma faktı qeydə alınıb: “Son bir gün ərzində daha 111 nəfərin infeksiyadan ölməsi ilə ölkədə “Covid-19” virusundan ölənlərin ümumi sayı 4585 nəfərə, xəstəliyə yoluxanların ümumi sayı isə 73 min 303 nəfərə çatıb.



Xoşbəxtlikdən pandemiya xəstəliyindən sağalıb evə buraxılanların sayı da artaraq, 45 min 983 nəfərə yüksəlib.



Təəssüflər olsun ki, hazırda koronavirusa yoluxanlardan 3877 nəfərinin durumu ağırdır” -deyə, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur mediaya açıqlamasında bəyan edib.
Bu xəbər oxucular tərəfindən 427 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed