Şrift:
Tənqidlərdən sonra İranda fəhlələrin illik əməkhaqlarına yenidən baxılması barəsində müzakirələr başlayıb
13.04.2020 [16:48] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Kəskin tənqidlərdən sonra İranın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəhlələrin illik gəlirləri məsələsinə yenidən baxılmasına dair müzakirələr başlayıb.



Ötən gün 1399-cu il (21 mart 2020- 21 mart 2021-red.) ərzində fəhlələrin alacaqları aylıq əməkhaqlarının aşağı həddə təyin edilməsindən sonra onların nümayəndələri qərarın protokolun imzalamaqdan imtina etmişdilər.



Sahibkarların nümayəndələri ilə yaşanan münaqişə zamanı fəhlələrin nümayəndələri bildirmişdilər ki, Ali Əmək Şurasının qəbul etdiyi qərarda maaşın inflyasiya həddi və fəhlələrin yaşayış xərcləri əsasında tənzimlənməsini tələb edən Əmək Məcəlləsinin 41-ci maddəsinin müddəalarına əhəmiyyət qoyulmayıb.



Fəhlələrin 1399-cu il ərzində alacaqları əməlhaqlarının aprelin 19-na qədər təyin edilməsi proqnozlaşdırılır.
Bu xəbər oxucular tərəfindən 389 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed