Şrift:
Tanınmış güney azərbaycanlı aşıq dünyasını dəyişdi
13.04.2020 [17:38] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın tanınmış musiqi ustadlarından olan aşıq Məcid İbrahimzadə vəfat edib.



Ağciyər xəstəliyindən əziyyət çəkən ustad musiqiçi dünən 78 yaşında Təbriz şəhərində dünyasını dəyişib.



Əjdər əmi adı ilə tanınan sənətkar 1942-ci ildə Herisdə dünyaya göz açıb, daha sonra ailəsi ilə birlikdə Təbrizə köçüb.



Mübariz sənətkar Azərbaycanın ziyalıları, milli-mədəni və tələbə hərəkatı fəalları arasında tanınmış simalardan olub.



Türk dili, mədəniyyəti və kimliyinə könüldən bağlı olan sənətkar bütün çətinliklərə və təzyiqlərə baxmayaraq, ömrünü Azərbaycanın aşıq musiqisinin inkişafına sərf edib və onlarla tələbə yetişdirib.
Bu xəbər oxucular tərəfindən 374 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed