14.04.2020 [13:01] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Qəzvin Əyaləti Qeydiyyat İdarəsinin rəisi əyalətdə doğum sayının azaldığını, ölüm göstəricisinin isə artdığını bildirib.
Həsən Vəfayinin jurnalistlərə açıqladığı məlumata görə, ötən il (İranda yeni il Novruz bayramında başlayır) bir il əvvəllə müqayisədə Qəzvin Əyalətində doğum göstəricisi 14 faiz azalıb.
“Ötən il ərzində əyalətdə 16 min 28 yeni doğulmuş körpə qeydə alınıb. Bu rəqəm bir il əvvəllə müqayisədə 14 faiz azalma göstərir.”- deyə o qeyd edib.
Qeydiyyat İdarəsinin rəisi il ərzində qeydə alınan ölüm faktlarına da işarə edib. O bildirib ki, ötən il əyalətdə 6 min 250 ölüm hadisəsi baş verib. Bu rəqəm bir il əvvəllə müqayisədə 4 faiz artım göstərir.
Qeyd edək ki, yuxarıda qeyd olunan problemlər Güney Azərbaycanın digər əyalətlərində də yaşanır. Təbii artım səviyyəsinin aşağı olması ilə yanaşı işsizlikdən bölgəni tərk edərək İranın digər əyalətlərinə mühacirət edən soydaşlarımızın sayı da günü-gündən artır. Bütün bunlar Azərbaycan əyalətlərində demoqrafik dəyişikliklərə səbəb olur.

Bu xəbər oxucular tərəfindən 441 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |