14.04.2020 [13:02] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda sənaye spirtindən zəhərlənərək ölənlərin sayı 700 nəfəri keçib.
Bu barədə məlumat yayan ölkənin Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur gələn günlərdə rəqəmin artma ehtimalının olduğunu deyib. O əlavə edib ki, bu səbəbdən dünyasını dəyişənlərin sayı ötən həftəyə qədər 600 nəfər idi.
İranın əyalətlərində yerləşən Tibb Universitetlərinin rəsmilərinin sözlərinə görə, bu şəxslər şayiələrə inanaraq, koronavirusa yoluxmağın qarşısını almaq üçün ya spirt içiblər, ya da onunla ağızlarını qarqara ediblər.
Lakin müxtəlif mənbələrdə qeyd edilir ki, əksər insanlar saxta alkaqollu içkilərdən zəhərləniblər.
Digər tərəfdən, spirtdən zəhərlənərək hazırda müalicə alan yüzlərlə xəstə var. Onlardan bəziləri görmə qabiliyyətini ya tam, ya da böyük miqdarda itirib.

Bu xəbər oxucular tərəfindən 428 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |