14.04.2020 [17:02] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Qərbi Azərbaycan əyalətində koronavirus infeksiyasından ölənlərin sayı 116 nəfərə çatıb.
Qərbi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Urmiya Tibb Universitetinin rəisi Cavad Ağazadə əyalətdə koronavirus infeksiyasına yoluxanların sayının 1595 nəfərə çatdığını bildirib.
Ağazadənin verdiyi məlumata əsasən, ötən 24 saat ərzində daha 32 nəfərdə infeksiya aşkarlanıb, beş nəfər isə canını itirib.
Güney Azərbaycanın başqa əyalətlərində də koronavirusa yoluxanların və bu xəstəlikdən ölənlərin sayı artaraq davam edir.
Zəncan Tibb Universitetinin rəisi Pərviz Qızılbaşın açıqlamasına görə, əyalətdə infeksiyaya yoluxanların sayı 820, xəstəlikdən ölənlərin sayı isə 83 nəfərə çatıb.
Digər əyalətlərın, o cümlədən, Şərqi Azərbaycan, Ərdəbil, Qəzvin və Həmədanın səhiyyə xidməti məsulları isə pandemiya ilə bağlı yeni rəqəmlər açıqlamağı dayandırıb.
Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin sərəncamına əsasən yalnız analizdən keçən və cavabı pozitiv olan xəstələrin sayı koronavirusa yoluxanların rəsmi statistikasına daxil edilir. Xəstəliyə yoluxanların hamısından analiz götürülmədiyinə görə isə rəsmi rəqəmlər koronavirusa yoluxanların həqiqi statistikasının sadəcə bir hissəsini əhatə edir.

Bu xəbər oxucular tərəfindən 514 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |