Şrift:
İranın Rəzəvi Xorasan əyalətində baş verən sel və daşqınlar nəticəsində 3 nəfər həyatını itirib, 1 nəfər itkin düşüb
14.04.2020 [17:03] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Son günlər İranın Rəzəvi Xorasan əyalətində baş verən sel və daşqınlar nəticəsində ən azı 3 nəfər həyatını itirib,1 nəfər itkin düşüb.



Bu barədə, Rəzəvi Xorasan ostandarlığının təbii fəlakət və böhranı idarəetmə mərkəzinin rəhbəri Höccətəli Şayanfər aprelin 14-də jurnalistlərə açıqlamasında məlumat yayıb.



Şayanfər deyib ki, təbii fəlakətdə ölənlərdən ikisi uşaq və yeniyetmədir: “Rəştxar şəhərinin Məlikabad məntəqəsində 10 yaşlı bir oğlan uşaqğı oynadığı vaxt əkin sahələrindən birində çuxura düşərək həyatını itirib.



Məşhədin Rəzəviyyə məntəqəsində isə 13 yaşlı bir yeniyetmə su kanalına düşərək ölüb. Xəvaf şəhərində isə bir avtomobili sel aparıb. Nəticədə 31 yaşlı bir gənc suda boğularaq həyatını itirib. Əyalətdə baş verən sel və daşqınlar nəticəsində həmçinin bir nəfər itkin düşüb” -deyə, Rəzəvi Xorasan ostandarlığının təbii fəlakət və böhranı idarəetmə mərkəzinin rəhbəri Höccətəli Şayanfər bəyan edib.



Şayanfər, Rəzəvi Xorasan əyalətində son durumla bağlı hər hansı bir açıqlama verməyib.
Bu xəbər oxucular tərəfindən 408 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed