08.10.2012 [17:25] - Diaspor
“Xocalı soyqırımı ilə bağlı qətnamə layihəsi uzun sürən müzakirələrdən sonra İtaliya parlamentində müzakirə olunacaq”
Davam.az-ın məlumatına görə, bu fikiləri millət vəkili, Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli hakim partiyanın saytına verdiyi müsahibəsində bildirib.
“Hazırda bu istiqamətdə səylər davam etdirilir. Bu ilin martındaYeni Azərbaycan Partiyasının Sədr müavini, millət vəkili Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə İtaliyaya səfər etmişdik. Orada xeyli vacib görüşlər keçirdik. İtaliyanın keçmiş baş naziri, PDL Partiyasının rəhbəri cənab Silvio Berluskoni ilə görüşdə Yeni Azərbaycan Partiyası ilə Avropa Xalq Partiyasının gələcək əlaqələri geniş müzakirə edildi. Bu görüşdə Xocalı soyqırımı ilə bağlı da müzakirlər apardıq və İtaliya Parlamentinin PDL partiyasından olan üzvü, İtaliya-Azərbaycan parlamentlərarası işçi qrupunun ən aktiv üzvlərindən olan cənab Maurizio del Tenno Xocalı soyqırımı ilə bağlı qətnamə layihəsini parlamentə təqdim etmək qərarına gəldi.
Qeyd etmək istərdim ki, bu sənədə İtaliya Parlamentində olan əsas siyasi partiyaların nümayəndələri imza atiblar. Azərbaycanın yaxın dostu, Avropa Parlamenti Xarici Əlaqələr Komitəsinin sədr müavini cənab Provera Fiorello da bu qətnamənin müxtəlif siyasi partiyalar tərəfindən dəstəklənməsi istiqamətində çox mühüm islər görmüşdür.Yaxın zamanda bu layihə müzakirəyə çıxarılacaq”, - deyə deputat bildirib.
Millət vəkili Azər Kərimli qeyd edib ki, sözügedən qətnamə layihəsi İtaliya parlamentinin rəsmi saytında yerləşdirilib.
“Amma indi bu məlumatı artıq mətbuatda əks etdirmək olar, çünki qətnamənə layihəsi artıq avqust ayının 8-dən İtaliya Parlamentinin rəsmi web səhifəsində yerləşdirilib, qətnaməni imzalayan 42 deputatın soy adları yazılıb. Bildiyim qədər Əli Əhmədov qətnamənin parlamentə artıq təqdim edildiyi haqda Maurizio Del Tennodan rəsmi məktub da alıb. Artıq Ermənistanın İtaliyadakı səfiri əl-ayağa düşub və qətnamənin müəllifi Del Tenno və bir sıra başqa deputatlarla görüşmək istəyib. Del Tenno artıq hədə-qorxu dolu anonim məktub da alıb.
Hətta sentyabr ayının 15-də LNP Partiyasının Pesaro şəhər şöbəsinin katibi, arvadı erməni olan (öz məktubunda bunu açıq-aydın qeyd edir) Danilo Fuligno öz partiyasının bir neçə üzvünün bu qətnaməni imzalamasına etiraz olaraq partiya rəhbərlərinə və Avropa Parlamentinin bu partiyadan olan üzvlərinə yalan və Azərbaycana qarşı böhtan dolu bir məktub yazmışdır. Bu məktuba artıq cavab hazırlamışıq. Bir daha qeyd etmək istəyirəm ki, bu qətnamə ətrafında mübarizə artıq açıq müstəviyə keçmişdir”.

Bu xəbər oxucular tərəfindən 1242 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |