15.04.2020 [11:28] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Koronavirusla Mübarizə üzrə Milli Qərargahı Tehran metrosunda maska taxılmasını icbari etməklə bağlı olan təklifləri qəbul etməyib.
Bu barədə məlumat yayan Tehran Şəhər Şurasının idarə heyətinin üzvü Zəhran Nejadbəhram bildirib ki, bununla da metroda koronavirusun yayılmasının qarşısının alınması üçün qəbul edilmiş sosial izolyasiya tədbirlərinin icrası mümkün olmayacaq.
Daxili havalandırma sisteminə malik metro vaqonlarının xəstəliyin daha da yayılmasına yol açacağını deyən xanım Nejadbəhram təmsil etdiyi qurumun hələ də metronun bağlanması təklifi üzrə təkid etdiyini qeyd edib.
"Əgər metrodan istifadə edənlərin sayı koronavirusdan öncəki kimi olsa, onda tibb işçilərinin xəstəliyi birdəfəlik aradan qaldırmaq üçün göstərdikləri cəhdlər nəticəsiz qalacaq. Koronavirusun metro vasitəsilə yayılmaısı əngəlləmək üçün qəbul ediləcək ən doğru qərar yalnız onun bağlanması ola bilər. Lakin metro bağlanmasa, tibbi maskalardan istifadənin məcburi olması metroda virusun yayılmasına əngəl olmaq üçün mühüm amil hesab edilə bilər", - deyə Zəhra Nejadbəhram əlavə edib.
Bir müddət öncə Tehran Şəhər Şurasının sədri Möhsün Haşimi də metronun koronavirusun yayılmasında xüsusi riskli məkan olduğunu dilə gətirmişdi.
Digər tərəfdən, Tehran Metropoliteninin icraçı direktoru Fərnuş Növbəxtin sözlərinə görə, fevralın 12-də, dövlət idarələrinin yenidən fəaliyyətə başlamasının 2-cü günündə Tehran metrosundan ümumilikdə 240 min nəfər istifadə edib. Bu isə karantin günlərinə nisbətən 40% artımın olduğunu göstərir.
Koronavirusun ölkədə yayılmasından sonra müxtəlif qurumlar və siyasətçilər Koronavirusla Mübarizə üzrə Milli Qərargaha metorunun bağlanmasını təklif etsələr də, sonuncu bu təklif və tövsiyələri hər zaman rədd edib. Qərargah hələ ki, metroda maskadan istifadənin nəyə görə icbari edilməsinə qarşı çıxdığına dair açıqlama yaymayıb.

Bu xəbər oxucular tərəfindən 258 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |