Şrift:
İranda daha 94 nəfər koronavirusdan ölüb. Ölənlərin sayı 4777 nəfərə yüksəlib
15.04.2020 [16:01] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur aprelin 15-də mediaya açıqlamasında ölkədə son bir gün ərzində koronavirus qurbanlarının yeni statistikasını yayıb.



Cahanpur deyib ki, ötən bir gün ərzində İranda daha 1512 yeni koronavirus infeksiyasına yoluxma faktı aşkarlanıb: “Dünən günorta saatlarından indiyə qədər daha 94 nəfərin ölməsi ilə ölkədə “Covid-19” pandemiyasından ölənlərin ümumi sayı 4777 nəfərə, infeksiyaya yoluxanların ümumi sayı isə 76 min 389 nəfərə çatıb.



Xoşbəxtlikdən koronavirusdan sağalıb evə buraxılanların sayı da artaraq, 49 min 933 nəfərə çatıb.



Təəssüflər olsun ki, hazırda reanimasiya şöbələrində saxlanılan, infeksiyaya yoluxanlardan 3643-ünün sağlamlıq durumu ağırdır” -deyə, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur mediaya açıqlamasında bəyan edib.
Bu xəbər oxucular tərəfindən 438 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed