Şrift:
İranın Kirman əyalətində 4,2 bal gücündə zəlzələ baş verib
15.04.2020 [16:02] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Kirman əyalətinin Faryab şəhərində Rixter cədvəli üzrə 4,2 bal gücündə zəlzələ baş verib.



İranın Seysmoloji Mərkəzinin yaydığı xəbərə əsasən, zəlzələ bu gün yerli vaxtla günorta saat 12:40 radələrində Kirman əyalətinin cənubunda yerləşən Faryab şəhərində və onun ətraf hissələrində yerin 10 kilometr dərinliyində qeydə alınıb.



Zəlzələnin mümkün dağıntılara səbəb olub-olmaması və ya insan tələfatına yol açıb-açmaması barədə hələlik hər hansı bir məlumat yayılmayıb.
Bu xəbər oxucular tərəfindən 424 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed