Şrift:
SAM-ın eksperti MDB-nin “Gənc Şərqşünaslar” Qurultayında iştirak edir
09.10.2012 [10:48] - Gənclik
3-5 Oktyabr 2012-ci il tarixində Moskvaətrafı Zveniqorod şəhərində Rusiyanın Elmlər Akademiyasının (RAN) Gənc Alimlər Şurası, tarixi-fəlsəfi elmlər şöbəsi və şərqşünaslıq institutu tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) dəstəyi ilə MDB-nin Gənc Şərqşünaslar Qurultayı keçirilib.

Azərbaycanın Heydər Mirzə (SAM), Sübhan Talıblı (Şərqşünaslıq İnstitutu AMEA) və Leyla Məlikovadan (Şərqşünaslıq İnstitutu AMEA) ibarət nümayəndə heyəti MDB-nin Gənc Şərqşünaslar Qurultayında iştirak edib.

Qurultayda Azərbaycan təmsilçilərinin "Müasir dövrdə Azərbaycan-İran münasibətləri azərbaycanlıların milli quruculuq prizmasından" (Heydər Mirzə), "1979-2005-ci illər İranın xarici siyasəti" (Sübhan Talıblı), "Bahaizm nümunəsində Qərb qlobalizm ideologiyası ilə Şərq neouniversalist dini konsepsiyasının qarşılıqlı əlaqələri" (Leyla Məlikova) mövzularında məruzələrlə çıxış edib.

Zveniqorodda təxminən 60 gənc alimi toplamış MDB-nin Gənc Şərqşünaslar Qurultayının əsas məqsədi MDB ölkələrinin özünü şərqşünaslıq sahəsində araşdırmalara həsr etmiş humanitar-elmi ziyalılarının gənc nümayəndələri arasında əlaqələri möhkəmləndirməkdir.
Bu xəbər oxucular tərəfindən 1198 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed