16.04.2020 [10:49] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın İsfahan əyalətində koronavirus qurbanlarının sayı barədə sosial şəbəkələrdə gerçək məlumat yayan 23 nəfər həbs edilib.
Məsələ ilə bağlı aprelin 14-də jurnalistlərə açıqlama verən İsfahan əyalətinin ictimai təhlükəsizlik polisinin rəisi polkovnik Məhəmməd Həsən İsmayili deyib ki, həbs edilən sosial şəbəkə fəalları şayiə yaymaqda və insanların ictimai asayişini pozmaqda günahlandırılırlar: “Tutulan şəxslər virtual aləmdə və müxtəlif sosial şəbəkələrdə koronavirus infeksiyası barədə şayiələr yaymaqla, insanları vahiməyə salaraq ictimai asayişi pozublar.
Hazırda həbs edilən bu şəxslərə cinayət işi açılıb və onların işi baxılması üçün məhkəmə orqanlarına göndərilib. Bir daha bu kimi şəxslərə xəbərdarlıq edərək bildiririk ki, hüquq-mühafizə qüvvələri istər virtual aləmdə, istərsə də gerçəkdə ölkədə yayılan xəstəliklə bağlı şayiələr yayanlara vətəndaşların ictimai asayişini pozanlara qarşı qətiyyətli və sərt tədbirlər görəcək” -deyə, İsfahan əyalətinin ictimai təhlükəsizlik polisinin rəisi polkovnik Məhəmməd Həsən İsmayili bildirib.
Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur aprelin 15-də ölkədə son bir sutka ərzində koronavirus qurbanlarının yeni statistikasını yayıb. O bildirib ki, son 24 saat ərzində İranda daha 94 nəfərin ölməsi ilə ölkədə “Covid-19” infeksiyasından ölənlərin sayı 4777 nəfərə, yoluxanların sayı isə 76 min 389 nəfərə yüksəlib
İranın tibb mərkəzlərindəki mənbələr isə bu statistikanı rədd edərək, “Covid-19” pandemiyasından ölənlərin və infeksiyaya yoluxanların sayının ən azı 5 dəfə çox olduğunu bildirirlər.

Bu xəbər oxucular tərəfindən 373 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |