16.04.2020 [16:21] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İki gündür ki, bəzi mətbuat orqanlarında Güney Azərbaycanın “Traxtur” futbol komandasının Braziliyadan olan oyunçusu Yuri Ceffersonun komandadan ayrılması barədə xəbər yayılır.
Hər zaman olduğu kimi, yenə də Azərbaycan komandası ilə bağlı yayılan xəbərin yalan olduğu və məqsədyönlü şəkildə yayıldığı məlum olub. Əldə edilən informasiyaya görə, “Traxtur”un xarici oyunçularının üçü də Təbrizdədir, onlar məşqlərini fərdi şəkildə davam etdirir.
Braziliyalı Yuri, tunisli Həmzavi və ruminyalı Mimbela koronavirus böhranı ilə bağlı super liqa yarışları dayandırıldıqdan sonra öz ölkələrinə getməyib, onlar Təbriz şəhərindədir.
Bu arada “Traxtur”un oyunçusu Mehdi Tikdəri 19-cu super liqa yarışlarının nəticəsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. O vurğulayıb ki, bu şəraitdə iki seçim var: Super liqa yarışlarına çempion elan olunmadan son qoyulmalı və ya koronavirus böhranı aradan qalxdıqdan sonra yarışlar davam etdirilməlidir.
Qeyd edək ki, İranda futbol yarışları koronavirus pandemiyası ilə əlaqədar dayandırılıb. Səlahiyyətli orqanlar Tehranın “Perspolis” komandasını yarımçıq qalan super liqa yarışlarının çempionu elan etməyə çalışır. Bu məsələ İran kuboku və super liqa yarışlarında çempion olmağa iddialı olan “Traxtur” klubu və onun tərəfdarlarının kəskin etirazına səbəb olub.

Bu xəbər oxucular tərəfindən 327 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |