Şrift:
"Suriyada aylardır yaşanan ağır günlərin günahkarı Əsəd deyil, R.T.Ərdoğandır. "
09.10.2012 [10:54] - Siyasət
Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu Suriyada baş verən hadisələrlə bağlı baş nazir Rəcəb Tayyib Ərdoğanın ünvanına sərt ifadələr işlədib.

Kılıçdaroğlu Suriyada baş qaldıran vətəndaş müharibəsinin kökündə Ərdoğanın dayandığını bildirib. Onun sözlərinə görə, Türkiyə hökumətinin Bəşər Əsədə qarşı dərin nifrəti olduğundan belə hadisələr baş verməkdədir. Kılıçdaroğlu Ərdoğana xəbərdarlıq edərək onu Suriyaya qarşı amansız niyyətindən əl çəkməyə çağırıb. CHP sədri vurğulayıb ki, Suriyada aylardır yaşanan ağır günlərin günahkarı Əsəd deyil, R.T.Ərdoğandır. K.Kılıçdaroğlu çıxışında açıq-aydın Əsəd rejimini dəstəklədiyini ifadə edib.
Bu xəbər oxucular tərəfindən 1174 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed