Şrift:
"Sepah"ın virus aşkarlayan aparat adı ilə təqdimatın keçirdiyi qurğu saxta çıxdı
16.04.2020 [16:22] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur "Sepah"ın təqdimatını keçirdiyi virus aşkarlayan qurğuya lisenziya verilmədiyini deyib.



O, keçirdiyi video konfrans zamanı jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, bu istiqamətdə Nazirliyin Qida və Dərman Təşkilatına çoxlu sayda layihələr təqdim edilib. Lakin onlardan cüzi hissəsinin effektivliyi təsdiqlənib.



Cahanpurun sözlərinə görə, "Sepah"ın təqdimatını keçirdiyi qurğu Təşkilat tərəfindən lisenziya ala bilməyib və onun kütləvi istehsalına icazə verilmir.



Xatırladaq ki, ötən gün "Sepah" terror təşkilatının komandanı Hüseyn Salami "möhtəşəm elmi fenomen" adlandırdığı qurğunun təqdimatını keçirmişdi. O, həmin aparatın 5 saniyə içərisində 100 metr məsafədə mövcud olan bütün virusları aşkarladığını iddia etmişdi.



Həmin mərasimdə iştirak edən jurnalistlərdən biri Hüseyn Salamidən sözügedən qurğunun necə işlədiyini onlara göstərmələrini istəmişdi. "Sepahçı"lardan biri bir antina və bir yumru qurğudan ibarət olan aparatı işə salsa da, qurğuda heç bir əməliyyat icra edilməmişdi. Eləcə də, qurğunun virus aşkarlayıb- aşkarlamadığı barədə jurnalistlərə heç nə deyilməmiş və göstərilməmişdi.



"Sepah"ın açıqlamasında bildirilir ki, "Bəsic tədqiqatçıları və ixtiraçıları" tərəfindən yaradılan bu aparat "Müstəan"dır.



Lakin Salaminin təqdimatından bir neçə saat sonra sosial şəbəkə istifadəçiləri həmin qurğunun şəklini paylaşaraq, "Sepah"ın eynilə bu aparatın bir müddət əvvəl yanacaq tapan aparat kimi təqdimatını keçirdiyini bildiriblər.



Həmin vaxtlar "Sepah" maqnit sahəsi və bipolyar tranzistor prinsipləri üzrə işləyən bu qurğunun istifadəçinin istəyi ilə 1 litrdən- 1000 litrə qədər yanacaq aşkarlaya biləcəyini, qurğunun yanacaq qaçaqmalçılığının qarşısını almaq sahəsində tətbiq ediləcəyini bəyan edirdi.

Hüseyn Salami ötən gün təqdim etdiyi virus tapan aparatın da maqnit sahəsi və bipolyar tranzistor prinsipləri üzrə işlədiyini deyib.



Bəzi sosial şəbəkə istifadəçiləri isə bildiriblər ki, "Sepah" bu qurğunu miss mədənlərinin kəşfiyyatı üçün yaradıb. Lakin qurğu nəinki mədən, heç yerin altında olan mis qalaqların aşkarlamaq iqtidarında deyil.
Bu xəbər oxucular tərəfindən 417 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed