Şrift:
Misirdə COVID-19 virusundan ölənlərin sayı 196 nəfərə çatıb
17.04.2020 [13:23] - Xəbərlər, Sağlıq
Aprelin 16-da Misirdə koronavirusdan (COVID-19) həyatını itirənlərin sayı 13 nəfər artaraq 196-ya çatıb.

Bu barədə Misirin Səhiyyə naziri Hala Zayed məlumat verib. O qeyd edib ki, son bir sutkada xəstəliyə 168 nəfər yoluxub. İndiyədək ölkədə 2673 yoluxma halı qeydə alınıb.

Misir Səhiyyə Nazirliyinin məlumatına görə, son sutka ərzində ölkədəki 12 karantin xəstəxanasında 43 koronavirus xəstəsi, o cümlədən üç əcnəbi tam sağalıb. Sağalanların sayı isə 596 nəfərdir.
BMT-nin baş katibi Antonio Quterreş Afrika ölkələrinin liderləri ilə keçirdiyi virtual konfransda Misirdə koronavirus pandemiyasının qarşısının alınması üzrə səyləri, həmçinin görülən iqtisadi tədbirləri yüksək qiymətləndirib.
Bu xəbər oxucular tərəfindən 461 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed