Şrift:
Fransada son bir sutka ərzində 761 nəfər koronovirusdan dünyasını dəyişib
18.04.2020 [09:52] - Gündəm, Sağlıq
Bu gün Fransa 6 min 27-si reanimasiya şöbələrində ağır vəziyyətdə olmaqla 31 min 190 koronavirus xəstəsi var.

Bu haqda Fransanın səhiyyə üzrə baş direktoru Jerom Salomon mətbuata açıqlamasında bildirib.

Onun sözlərinə görə, COVID-19 pandemiyası başlayandan ölkədə 11 min 478 nəfər xəstəxanalarda, 7 min 233 nəfər qocalar evində olmaqla 18 min 681 ölüm faktı qeydə alınıb. Son bir sutka ərzində ölənlərin sayı 761-ə çatıb.

Epidemiya başlayandan COVID-19 virusundan sağalanların sayı 34 min 420-yə çatıb.

Fransada 147 min 969 insanın koronovirusa yoluxduğu bildirən səhiyyə üzrə baş direktor fransızları təcrid olunma rejiminin qaydalarına riayət etməyə çağırıb.
Bu xəbər oxucular tərəfindən 407 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed