Şrift:
“Təbrizdə bizi çox sevirlər, izdihamdan şəhərdə gəzə bilmirdim”- “Traxtur”un keçmiş baş məşqçisi Mustafa Dənizli
18.04.2020 [09:58] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
19-cu super liqa yarışlarının birinci yarısında Güney Azərbaycanın “Traxtur” futbol komandasını çalışdıran türkiyəli mütəxəssis Mustafa Dənizli Təbrizdə gördüklərini ölkəsinin mətbuat orqanlarından birinə danışıb.



“Traxtur”un təkcə Təbriz şəhəri deyil, bir bölgəyə aid olduğunu deyən baş məşqçi Güney Azərbaycanda ona və Türkiyəyə xüsusi məhəbbət olduğunu bildirib.



“Təbrizə getdiyim gündən məni yaxşı qarşıladılar. Mən şəhərdə gəzə bilmirdim, bazara gedə bilmirdim. Ona görə ki, çox sevirdilər, hamı mənimlə xatirə şəkili çəkmək istəyirdi.

Təbrizdə futbolun anlamı bam-başqadır, hamı futbolla yaşayır. Onların bizə çox məhəbbəti var. Uşaqdan tutmuş yaşlılara qədər bizə sevgi və məhəbbətlərini bildirirlər. Bu məni çox sevindirirdi. “Traxtur” komandası bir şəhərə aid deyil, böyük bir bölgənin komandası hesab olunur.

Təbrizə getsəniz, yəqin ki, birinci gedəcəyiniz yer bazar olar. Lakin mən o bazara daxil ola bilmədim. Ona görə ki, mənə yaxınlaşmaq üçün bazarın qapısında böyük izdiham yaşandı. Hamı mənə sevgi və məhəbbətini göstərirdi.”- deyə o bildirib.



Vaxtı ilə Tehranda baş məşqçi kimi fəaliyyət göstərdiyini xatırladan Mustafa Dənizli o zaman “Traxtur” komandasının indiki səviyyədə olmadığını bildirib. Onun sözlərinə görə, Azərbaycan komandası hal-hazırda İranın ən önəmli komandalarından biridir.
Bu xəbər oxucular tərəfindən 367 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed