09.10.2012 [11:23] - Güney Azərbaycan xəbərləri
Həbs olunanlardan xeyli miqdarda xarici valyuta və qızıl sikkələr müsadirə edilib.
Kütləvi İnformasiya Vasitələri (KİV) İranın Mehr agentliyinə istinadən xəbər verirlər ki, bu gün səhər İranın valyuta bazarında manipulyasiya ilə əlaqəli adamların həbsinə başlanılıb. Məlumata görə Tehranın Firdovsi meydanında ticarətlə məşğul olanlar istintaqın gələcək gedişi üçn saxlanılıblar.
Bu arada Tehranın baş prokuroru Abbas Cəfəri Dövlətabadi bildirib ki, həftə içində ölkədə 30 nəfər şübhəli qismində həbs edilib. Onun sözlərinə görə, həbs olunanlardan xeyli miqdarda xarici valyuta və qızıl sikkələr müsadirə edilib.
İranın ali dini rəhbəri Ayətulla Əli Xameneyinin müşaviri Qulamhüseyn Xəddad Adil öz açıqlamasında bildirib ki, rialın məzənnədən düşməsi "düşmən quramasıdır". O, sözlərinə bunu da əlavə edib ki, İran bu çətinliyin öhdəsindən ləyaqətlə gələcək.
Ötən çərşənbə axşamı İran prezidenti Mahmud Əhmədinejad isə mətbuat konfransında bildirmişdi ki, rialın məzənnədən düşməsinin səbəbi Qərbin İran neftinə və bank sisteminə qarşı tətbiq etdiyi sanksiyaları (təhrimlər) ilə bağlıdır. Prezident İranın valyuta bazarını indiki hala salanların adlarını çəkməsə də onların 22 nəfər olduğunu deyib.
İranın bir qisim parlamentarisi və ali dini zümrənin nümayəndələri Əhmədinejadla razılaşmayıblar. Onlar bəyan ediblər ki, bir həftədə rialın öz dəyərinin təxminən 75 faizini itirməsində günah İran hökumətinin iqtisadiyyatı düzgün idarə edə bilməməsi ilə bağlıdır.
Yeri gəlmişkən, ABŞ dövlət departamentinin (Amerika Birləşmiş Ştatlıarının Xarici İşlər Nazirliyi) İran üzrə təmsilçisi Alan Eyr də bəyan edib ki, rialın məzənnədən düşməsinə səbəb məhz İran hökumətinin iqtisadiyyatı düzgün idarə edə bilməməsidir. İran əhalisi iqtisadi fəlakətinin məsuliyyətini ölkə hökumətində axtarmalıdır.
Qeyd etmək lazımdır ki, 2012-ci ilin əvvəlində İranda bir dolların məzənnəsi 13000 rialdan sentyabr (September) ayının ortalarınadək 25000 riala qədər bahalaşıb. Və son həftə içində bu göstərici birdən- birə yüksələrək 36000 riala çatıb.

Bu xəbər oxucular tərəfindən 1028 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |