18.04.2020 [14:08] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda son bir gün ərzində daha 73 nəfər koronavirusdan ölüb, 1374 yeni “Covid-19” infeksiyasına yoluxma faktı qeydə alınıb.
Bu barədə, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur aprelin 18-də mediaya açıqlamasında ölkədə koronavirus pandemiyası qurbanlarının yeni statistikasını açıqlayarkən bildirib.
Cahanpur deyib ki, ölkədə daha 73 nəfərin xəstəlikdən ölməsi ilə İranda koronavirusdan ölənlərin ümumi sayı 5 min 31 nəfərə yüksəlib: “Dünən günorta saatlarından bu günə qədər həmçinin daha 1347 yeni koronavirusa yoluxma faktının aşkarlanması ilə ölkədə “Covid-19” infeksiyasiyasına yoluxanların sayı 80 min 868 nəfərə çatıb.
Xoşbəxtlikdən həmin müddət ərzində koronavirusdan sağalıb evə buraxılanların sayı da artaraq, 55 min 987 nəfərə çatıb.
Təəssüflər olsun ki, hazırda virusa yoluxanlardan 3513 nəfərinin sağlamlıq durumu ağırdır” -deyə, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur mediaya açıqlamasında bəyan edib.

Bu xəbər oxucular tərəfindən 459 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |