19.04.2020 [11:24] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Zəncan şəhərində hər il fərvərdin ayının 30-da (aprelin 18-i) keçirilən illik “Aşıqlar Bayramı” mərasimi koronavirus böranı ilə əlaqədar ləğv edilib.
Bu barədə proqramın təsisçi heyətinin üzvü, folklor və aşıq musiqisi araşdırıcısı Məhəmməd Rəzzaqi “İrna” xəbər agentliyinə məlumat verib.
“Bizim üçün ilk növbədə sənətkarlar və izləyicilərin sağlamlığı əhəmiyyət daşıdığı üçün təsisçi heyət 15-ci “Aşıqlar Bayramı” mərasimini bir il təxirə salıb.
14 il əvvəl Zəncanda aşıq musiqisi üzrə sənətkarların təşəbbüsü ilə fərvərdin ayının 30-na “incəsənət və aşıq ədəbiyyatı günü” adı verildi. Qeyd olunan gündə hər il Zəncana müxtəlif əyalətlərdən aşıqlar gəlir.”- deyə o bildirib.
Məhəmməd Rəzzaqinin sözlərinə görə, “Aşıqlar Bayramı” mərasimini keçirmək ustad aşıqların fəaliyyətini təqdir etməyə hesablanıb. “Bu mərasimdə aşıq musiqisi üzrə sənətkarlar bir araya gələrək bir-biri ilə tanış olur. Onlar həm də bir-birinin təcrübəsindən bəhrələnir.”- deyə “Aşıqlar Bayramı” proqramının təsisçi heyətinin üzvü əlavə edib.

Bu xəbər oxucular tərəfindən 355 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |