19.04.2020 [11:25] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Tehranın Koronavirusla Mübarizə üzrə Komandanlıq Qərargahının rəis müavini Əli Mahir paytaxtın bəzi idarə, qurum və müəssisələrinin yenidən açılmasının ölkədə koronavirusun daha da kəskin yayılmasına səbəb ola biləcəyini deyib.
Onun sözlərinə görə, ötən günlər ərzində tətbiq edilmiş sosial izolyasiya tədbirləri ölkə ərazisində infeksiyanın nəzarət altına alınmasına müsbət təsir edir. Lakin intelektual sosial izolyasiya tədbirləri nəticəsində iş yerlərinin yenidən açılması və insanların sərbəst şəkildə hərət etmə icazəsi ölkədə koronavirusun tüğyan etməsinə səbəb olacaq.
Əli Mahir qeyd edib ki, belə olduğu təqdirdə İran ciddi problemlərlə üzləşəcək. Xəstələrin sayının kəskin artması xəstəxanalarda yer çatışmazlığına, bu isə öz növbəsində yüksək sayda insan tələfatının yaşanmasına yol açacaq.
Rəsmi sonda qeyd edib ki, təmsil etdiyi qurum iş yerlərinin yenidən açılması ilə müşayiət olunacaq ictimai nəqliyyatdan istifadənin kəskin artmasının pandemiyanın ölkəni cənginə alacağı ilə bağlı Koronavirusla Mübarizə üzrə Milli Qərargaha xəbərdarlıq edib.
Xatırladaq ki, İran hökuməti bu gündən etibarən Tehranda "az riskli" iş yerlərinin yenidən açılması ilə bağlı göstəriş verib. Bu qərarın icrasına ötən həftənin sonlarında bütün əyalət və bölgələrdə başlanmışdı.

Bu xəbər oxucular tərəfindən 378 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |