Şrift:
İran terrorçu rejimi Dağlıq Qarabağdakı erməni işğalçılarına yanacaq və yemək göndərir
19.04.2020 [11:26] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran terrorçu rejimi Dağlıq Qarabağdakı erməni işğalçılarına yanacaq və yemək göndərir

Erməni sosial medialarında yayılan foto və videolar işğalçılara kömək üçün sıraya düzülmüş İran yük maşınlarının karvanı göstərir.

İran terror rejiminin Dağlıq Qarabağdakı erməni işğalçılarına yardımı İranın Yaxın Şərqdə ən çox koronavirus infeksiyası və itki verdiyi bir vaxtda gəlir. Halbuki öz ölkəsində Covid-19-a qarşı çıxa bilməyən İran rejimi Beynəlxalq Valyuta Fondundan 5 milyard dollar borc istəyib.

Dünyanın ən böyük dövlət terrorçuluğunun sponsoru kimi tanınan İran rejimi bölgədəki terrorçu qruplara kömək üçün milyardlarla dollar xərcləyir və bu son Dağlıq Qarabağdakı erməni işğalçılarına yardım göndərmək üçün atdığı addım İran rejiminin antitürk və antiazərbaycan yanaşmasını habelə də işğalcılığı və bölgədə qeyri-sabitliyin yayılmasına dəstəkçisi olduğunu bir daha nümayiş etdirir.

İran terror rejiminin yardımlarının axın etməsinə baxmayaraq Qarabağdakı erməni işğalçıları o köməkləri qəbul etməkdən imtina edərək sosial mediada yayılan videolara görə erməni işğalçıları İranın yardım maşınlarının gəlməsinə etiraz ediblər çünki belə inanırlar ki "İranda koronavirus hər yerə yayılıb və bu iranlı sürücülər virusu özləri ilə Qarabağa gətiriblər."

Şimali Azərbaycan Respublikası Tehrana narahatlığını və etirazını bildirib. Şimali Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi saytının verdiyi məlumata görə, Şimali Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini Xələf Xələfov İranlı həmkarı Abbas Arağçı və İranın Bakıdakı Səfiri Cavad Cahangirzadə ilə telefon danışığı zamanı işğal altındakı Dağlıq Qarabağa yanacaq və qida yük maşınlarının göndərilməsinə etiraz edib.

İran terror rejimi tərəfindən yanacaq və ərzaq işğal altındakı Dağlıq Qarabağa o halda göndərilir ki təxminən bir ay əvvəl Şimali Azərbaycan Corona ilə mübarizədə İran rejiminə 5 milyon dollar yardım etmişdi.

Dağlıq Qarabağın ərazisi təqribən üç onillikdir ki, Ermənistan tərəfindən işğal olunub və sözdə Dağlıq Qarabağ dövləti Ermənistandan başqa heç bir hökumət tərəfindən tanınmır. Bununla birlikdə dünyanın müsəlmanlarını və şiələrini dəstəklədiyini iddia edən İranın terrorçu rejimi, Ermənistanın işğalını və Şimali Azərbaycan Respublikasına qarşı düşmənçiliyini dəstəkləmək üçün heç bir tədbir görməkdən çəkinməyib.
Bu xəbər oxucular tərəfindən 379 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed