Şrift:
Yaponiyanın şərq sahillərində güclü zəlzələ olub
20.04.2020 [10:09] - Gündəm, Hadisə
Aprelin 20-də Yaponiyanın şərq sahillərində 6,4 bal gücündə zəlzələ baş verib.

Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Yerli vaxtla səhər saat 5:42-də qeydə alınan yeraltı təkanların episentri Hönşü adasında yerləşən Ofunato şəhərindən 33 kilometr cənub-şərqdə, ocağı 41,7 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib.
Bu xəbər oxucular tərəfindən 544 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed