Şrift:
İran Səhiyyə Nazirliyi Azərbaycanın Qarabağ bölgəsini müstəqil "ölkə" kimi təqdim edib
20.04.2020 [11:31] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Səhiyyə Nazirliyi koronavirusla bağlı yaratdığı "Mask" adlı tətbiqdə (application-red.) Azərbaycanın ərazi bütövlüyünə qarşı növbəti dəfə hörmətsizlik edib.



Həmin tətbiqdə Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsi fars dilində "Qarabağ Respublikası" kimi təqdim edilib.



Bu foto sosial şəbəkələrdə istər güney, istərsə də quzey azərbaycanlılar arasında böyük narazılıqla qarşılanıb. Onlar son günlərdə İranın Dağlıq Qarabağda qurulmuş qondarma rejimə etdiyi köməklər və göndərdiyi ucuz yanacaqla bağlı yayılmış videolara da diqqət çəkərək, rəsmi Tehranın həm Qarabağda, həm də regionun digər ölkələrində terrorçular və işğalçılara göstərdiyi dəstəyi kəskin tənqid ediblər.



Qeyd etmək lazımdır ki, sözügedən videodan savayı, bu gün Ermənistandan İrana bu ölkəyə məhsul aparmaq üçün gələn onlarla yük və yanacaq daşıyan maşınının görüntülərini əks etdirən digər video da yayılıb.
Bu xəbər oxucular tərəfindən 375 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed