Şrift:
İran televiziyasında fars dillilərin ölkədə “azlıq” təşkil etməsi ilə bağlı etiraf
20.04.2020 [11:34] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran Teleradio Şirkətinin 1-ci kanalının aparıcısı fars dillilərin İranda milli azlıq olduğuna etiraf edib.



Videoda göründüyü kimi, aparıcı verilişin qonağından türkcə danışmasını istəyib. O bildirib ki, mən özüm də türkəm, mənim həmkarlarım və izləyicilərin çoxu da türkdür.


Aparıcı qonaqdan evdəki izləyicilərə olan arzusunu türk dilində dilə gətirməsini və həmin sözün milli azlıqdan ibarət olan fars dillilər üçün tərcümə etməsini istəyib.



İranın keçmiş təhsil nazirinin də bu barədə məşhur açıqlaması var. O bildirmişdir ki, “İranda uşaqların 70 faizi iki dillidir. Biz fars dili və mədəniyyətini ölkənin 70 faiz uşaqlarına təhmil edə bilmərik.”

Bu açıqlamadan aydın olur ki, fars dillilər İran əhalisinin 30 faizini təşkil edir.
Bu xəbər oxucular tərəfindən 392 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed