21.04.2020 [11:33] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda quşçuluq təsərrüfatı ilə məşğul olan insanların törətdikləri qeyri-insani hərəkət böyük səs-küyə səbəb olub.
Sosial şəbəkələrdə yayılan videolarda həmin şəxslərin diri toyuq qiymətlərinin kəskin ucuzlaşmasına etiraz olaraq yeni yumurtadan çıxmış 15 milyon 1 günlük cücəni diri-diri basdıraraq, torpaqla üzərilərini örtdüyü görünür.
Fermerlər bu addımın səbəbini koronavirusdan savayı, dövlətin fermer təsərrüfatlarının ehtiyac duyduğu heyvan qidalarının alışı və paylanması sahəsində səriştəsizliyi ilə əlaqələndiriblər.
İranın Cücə İstehsalçıları Assosiasiyasının rəhbəri Məhəmmədrza Sədiqpur da fermerlərin bu hərəkətinin səbəbini bazarda toyuq və cücə qiymətlərinin kəskin ucuzlaşması ilə əlaqələndirib.
"Koronavirus səbəbindən son iki ayda toyuq alışı kəskin şəkildə azalıb və bazarda tələb- təklif alt-üst olub. Fermerlər bazarda balans yaratmaq üçün yeni yumurtadan çıxmış cücələri öldürürməyə qərar veriblər", - deyə rəsmi iddia edib.
Məhəmmədrza Sədiqpurun sözlərinə görə, dövlət tərəfindən pul ayrılmaması səbəbindən quşçuluq təsərrüfatı ilə məşğul olan fermerlər qida üçün istifadə edilən digər bir problem- kəskin qarğıdalı və soya çatışmazlığı ilə üzləşiblər.
Ötən gün İranın bir qrup fermer təşkilatı da yaydıqları bəyanatda yuxarıda sadalanan problemlərdən başqa, fevral ayından toyuq və cücələrin qidalanması üçün zəruri olan 2.5 milyon tondan çox qida məhsulunun gömrük orqanlarında toplanıb qaldığını, dövlət qurumlarının isə bu problemi həll etmək üçün heç bir iş görmədiyini bəyan edib.
Bu gün isə İran prezidenti Həsən Ruhani ETTELAAT Nazirliyinə cücələri diri-diri qətliam edənlərin aşkarlanaraq, cinayət məsuliyyətinə cəlb edilmələri üçün göstəriş verib.

Bu xəbər oxucular tərəfindən 243 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |