Şrift:
Suriyada Amerika hərbçilərinə hücum oldu, yaralılar var
21.04.2020 [11:38] - Gündəm, Hərb
Suriyada Amerika Birləşmiş Ştatları (ABŞ) ordusunun patrulunun hücuma məruz qalması nəticəsində nəqliyyat vasitəsi məhv edilib, hərbçilər yaralanıb.



“RİA Novosti” xəbər verir ki, hadisə Suriyanın əl-Hasake şəhərində olub.



Bildirilib ki, bir qrup ABŞ hərbçisi və terrorçu PKK/YPG-PYD qruplaşmasının formalaşdırdığı “Suriya Demokratik Qüvvələri”nin silahlılarını daşıyan “Hammer” tipli hərbi maşına əl-Hasekenin cənub-qərbində yerləşən Ruveyşid kəndində naməlum şəxslər hücum edib.



Qeyd edək ki, aprelin 6-da əl-Haseke ilə sərhəddə yerləşən Deyr-əz-Zor əyalətində naməlum şəxslər ABŞ hərbçiləri və SDQ silahlılarına hücum etmişdi. Nəticədə ABŞ-ın bir hərbi zabiti və SDQ-nin iki silahlısı ölmüşdü.
Bu xəbər oxucular tərəfindən 391 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed