Şrift:
İraq İrandan enerji alışını əhəmiyyətli dərəcədə azaldıb
21.04.2020 [11:39] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İraqın Energetika Nazirliyinin sözçüsü Əhməd İbadi bu ölkənin İrandan enerji asılılığını əhəmiyyətli dərəcədə azaltdığını bəyan edib.



Onun sözlərinə görə, İraq artıq bu sahədə daxili təlabatı ödəyəcək səviyyədə istehsal gücünə çatdığından, İrandan enerji idxalatın azaltmağa başlayıb. Sözçü qeyd edib ki, hazırda İraq İrandan 13 min megavat saat enerji alır.



Əhməd İbadi bildirib ki, İraqın elektrik stansiyaları daxili təlabatı tam olaraq ödəyir. Bu səbəbdən artıq ölkənin enerjiyə olan təlabatının təqribən 25%-i İrandan aslıdır, 75% isə daxili potensiyalla ödənir.


Rəsminin dediklərinə görə, artıq iki ölkəsində enerji ötürən xəttlərdən yalnız Mersad- Diyalə fəaliyyət göstərir. Digərlərinin fəaliyyəti ehtiyac olmadığından, dayandırılıb.



Qeyd etmək lazımdır ki, enerji qıtlığı İraqda əsas problemlərdən biri və 2019-cu ildə baş tutmuş xalq etirazlarının başlıca səbəblərində idi. Hazırda 1-i Almaniya, digəri isə Amerika şirkəti olan 2 enerji müəssisəsi İraqın elektrik şəbəkəsini təkmilləşdirməklə məşğuldur.



Bu günə qədər rəsmi Bağdad enerji təlabatının böyük hissəsini İrandan ödəyirdi.
Bu xəbər oxucular tərəfindən 290 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed