21.04.2020 [11:43] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Marağa şəhərində çörəyin qiymətinin artması şəhər əhalisini ağır vəziyyətə salıb.
Səlahiyyətli orqanların verdiyi qərar yerli əhali ilə yanaşı Marağa və Əcəbşer şəhərinin İran parlamentindəki millət vəkilinin də etirazına səbəb olub.
Əli Əlizadə bu barədə öz Teleqram kanalında bir mətn paylaşıb.
“Planlaşdırma və Büdcə Təşkilatının rəisi cənab Nobəxt və hökumət sözçüsü cənab Rəbii ölkədə çörəyin bahalaşmadığını qeyd etdikləri halda, yerli məsullar “qiymətlərə düzəliş” adı altında əhalinin ağır vəziyyətində çörəyin qiymətini artırır.
Görəsən bu cənablar güzəranı ağır olan əhalinin vəziyyətindən xəbərsizdir, yoxsa insanların problemi onları maraqlandırmır?!”- deyə o qeyd edib.
Millət vəkili vurğulayıb ki, əhalinin vəziyyətindən xəbərsiz olan, bəzilərinin çörək puluna möhtac olduğunu bilməyən və ya bu problemləri əhəmiyyətsiz hesab edən hərhansı məsul hökumət işində işləməməlidir.
Qeyd edək ki, Marağa şəhərində çörəyin qiyməti aprelin 20-dən 39 faiz artıb.

Bu xəbər oxucular tərəfindən 330 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |