22.04.2020 [11:35] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran parlamentinin rəyasət heyətinin üzvü Əhməd Əmirabadi Fərahani aprelin 20-də jurnalistlərə açıqlamasında üç həftə əvvəl koronavirusa yoluxmuş parlament sədri Əli Laricaninin son durumundan danışıb.
O bildirib ki, Əli Laricani koronavirusdan hələ tam sağalmayıb və onun müalicəsi davam edir: “Son günlər parlament sədri Əli Laricanidən koronavirus üçün yenidən test analizləri götürülüb və testlərin cavabı yenə müsbət çıxıb.
Hazırda Laricaninin səhhəti və onun fiziki durumu əvvəlkinə nisbətən yaxşıdır və onun müalicəsi davam edir. Lakin o bu həftə də parlament iclaslarına qatıla bilməyəcək” -deyə, İran parlamentinin rəyasət heyətinin üzvü Əhməd Əmirabadi Fərahani əlavə edib.
Deputat, Laricaninin evdə və ya xəstəxanada müalicə aldığını açıqlamayıb.
Qeyd edək ki, Əli Laricani üç həftə əvvəl koronavirusa yoluxub. Bu barədə, İran parlamentinin ictimaiyyətlə əlaqələr bölməsi aprelin 2-də məlumat yayıb.
Məlumatda bildirilib ki, Əli Laricanidə koronavirus infeksiyasının ilkin simptomları aşkar edildikdən sonra ondan test analizləri götürülüb və analizlərin nəticələri müsbət çıxandan sonra o karantinə alınıb.

Bu xəbər oxucular tərəfindən 339 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |