Şrift:
Təbrizdə divarlara məhbusların azadlığa buraxılmasını tələb edən şüarlar yazılıb
22.04.2020 [11:40] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Koronavirus infeksiyası ilə bağlı həbsdə olan güney azərbaycanlı milli-mədəni fəallar və xüsusi təhlükə törətməyən məhbusların azadlığa buraxılmasını tələb edən soydaşlarımızın sayı artıb.



Azərbaycanlı fəallar bununla bağlı aprelin 21-də Təbrizin bir neçə məhəlləsində divarlara qrafit texnikası ilə ingilis dilində şüarlar yazıblar.



Onlar bu vasitə ilə dünya ictimaiyyətinin diqqətini məhbusların üzləşdiyi koronavirus təhlükəsinə çəkmək istəyib.



Məhbusların həyatının təhlükədə olduğuna təkid edən şüarlarda bildirilir:

- Məhbuslar həbsxanalarda dəfn olunub. #koronavirus

- Bir-birinə ən çox yaxında olan şəxslər məhbuslardır. #koronavirus

- Məhbuslar da bu problemdən siğortalanmayıb. #koronavirus



Abbas Lisani, Lətif Həsəni, Tövhid Əmir Əmini və Məhəmməd Əbdulməhəmmədzadə koronavirus təhlükəsinə baxmayaraq bu günədək həbsdə saxlanılan güney azərbaycanlı milli-mədəni fəallardandır. İran rejimi Azərbaycan əhalisi və beynəlxalq insan hüquqları qurumlarının ardıcıl tələbinə baxmayaraq onların məzuniyyətə çıxmasına imkan vermir.
Bu xəbər oxucular tərəfindən 324 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed