22.04.2020 [12:00] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Şərqi Azərbaycan Ətraf Mühitin Mühafizəsi İdarəsinin rəis müavini Əhərdə bələdiyyə başçısının məişət tullantılarının dəfn olunduğu yerə düzgün nəzarət etmədiyini deyib.
İdarənin ictimaiyyətlə əlaqələr şöbəsi tərəfindən mətbuata verilən məlumata görə, Möhsün Hüseyni Əhərdə məişət tullantılarının dəfn edildiyi yeri göstərən şəkillərə işarə edərək bu barədə bələdiyyə başçısına rəsmi xəbərdarlıq edildiyini bildirb.
“Ötən illərdə tullantıların dəfn olunduğu yerin düzgün idarə edilməsi ilə bağlı Bələdiyyə İdarəsi və digər səlahiyyətli orqanlara dəfələrlə müraciət olunub.
Müşahidələr göstərir ki, Əhərdə məişət tullantılarının dəfn olunduğu yerə nəzarət olunmur. Tullantılar ətraf əraziyə yayılır və antisanitar vəziyyətin yaranmasına səbəb olur. Bu şəkildə ətraf mühit çirklənir və əhalinin sağlamlığı təhlükə ilə üzləşir. Bütün bunlar nəzərə alınaraq bələdiyyə başçısına xəbərdarlıq edilib.”- deyə o bildirib.
Möhsün Hüseyni vurğulayıb ki, Bələdiyyə İdarəsi ən qısa zamanda yaranan problemi aradan qaldırmalı və bir həftə ərzində görülən işlərlə bağlı Ətraf Mühitin Mühafizəsi İdarəsinə məlumat verməlidir. Əks halda məhkəmə orqanlarına müraciət olunacaq.
Qeyd edək ki, bölgədə koronavirus infeksiyası yayıldığı günlərdə bütün növ tullantılar, o cümlədən tibbi və məişət tullantılarının düzgün idarə edilməməsi faktına Güney Azərbaycanın bir neçə şəhərində rast gəlinib. Ötən günlərdə oxşar səbəbdən Ərdəbil əhalisi səlahiyyətli orqanlara müraciət etmişdir.

Bu xəbər oxucular tərəfindən 347 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |