22.04.2020 [16:23] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
"Sepah" terror təşkilatı bu gün səhər kosmosa hərbi peyk göndərdiyini iddia edib.
Bu barədə məlumatı "Sepah"a bağlı "Təsnim" və "Fars" agentlikləri yayıb.
Məlumatda deyilir ki, "Nur" adlı peyk 2 mərhələli "Qasid" raket daşıyanı vasitəsilə Mərkəzi səhradan buraxılıb və "uğurla" Yerin Orbitinin 425 kilometrliyində qərarlaşıb.
"Təsnim" agentliyi xəbərin içərisində "Sepah"ın komandanı Hüseyn Salaminin əl yazısı ilə yazdığı "artıq səmadan Yeri izləyəcəyik, bu, qlobal güc kimi formalaşmağımızın başlanğıcıdır" cümləsinə yer verib.
Qeyd etmək lazımdır ki, İran bundan öncə 4 dəfə kosmosa peyk göndərməyə cəhd göstərsə də, onların hər biri uğursuzluğa düçar olmuşdu. "Sepah" iddiaları ilə bağlı video görüntülər yaymadığından, hələlik peykin Orbitə çatıb-çatmadığı dəqiq deyil.
Lakin bundan öncə "Sepah"ın düzəltdiyi bir çox qurğuların saxta olması və yaydığı xəbərlərin reallığı əks etdirmədiyi dəfələrlə təsdiqlənib. Son belə hal bir neçə gün əvvəl yaşanmışdı. "Sepah" komandanı Hüseyn Salami keçirdiyi təqdimat mərasimi zamanı virus aşkarlayan cihaz adı altında jurnalistlərə qurğu göstərmişdi. Lakin sonrada həmin aparatın bir müddət əvvəl "Sepah" tərəfindən yanacaq aşkarlayan qurğu adı ilə təqdim etdiyi və heç vaxt işləməyən aparat olduğunu müəyyən edilmişdi.

Bu xəbər oxucular tərəfindən 364 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |